Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Prezident Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavəni təsdiqləyib
sosial

Prezident Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavəni təsdiqləyib

10-03-2025 13:00 47 Views
IMG

Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

 

Tvit.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcək.

 

Xatırladaq ki, Məcəllənin 48-ci bəndinə əsasən, yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.