Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının tarixi açıqlanıb
sosial

Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının tarixi açıqlanıb

10-03-2025 12:00 50 Views
IMG

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tarixində ilk dəfə olaraq Azərbaycanda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı noyabrın 17-dən 28-nə qədər baş tutacaq. 

Tvit.az xəbər verir ki, bunu ITU-nun MDB üzrə regional direktoru Nataliya Moçu "Onlayn Azərbaycan" layihəsinin hesabat tədbirində bildirib.

 

"Qlobal rəqəmsal cəmiyyət üçün əlamətdar hadisə sayılan Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında bütün ITU ekosistemi rəqəmsal əlaqənin əsas çağırışlarını və perspektivlərini müzakirə etmək üçün bir araya gələcək. Bizim məqsədimiz təkcə qoşulmanın əlçatanlıq, etibarlılıq və təhlükəsizliyini təmin etmək deyil, həm də onu həqiqətən mənalı etməkdir ki, internet insanlara real fayda gətirsin", - N.Moçu vurğulayıb.