ABŞ prezidenti Donald Trampın administrasiyası hesab edir ki, Vaşinqtonun yeni anti-Rusiya sanksiyalarının tətbiqi variantları hələ tükənməyib.
Tvit.az xəbər verir ki, bunu jurnalistlərə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett deyib.
"Prezident Tramp əmindir ki, hamını danışıqlar masasına oturtmalıyıq. Biz buna köklə nail ola bilərik, ya da çubuqla", - o qeyd edib ki, Tramp ABŞ-nin atəşkəs təmin olunana və Ukrayna münaqişəsinin həlli ilə bağlı razılıq əldə olunana qədər Rusiyaya qarşı sanksiyalar və rüsumlar tətbiq etmək imkanını nəzərdən keçirməsi ilə bağlı sözlərini şərh edib.
Aysel Şirinova