Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Iğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi mərasimi baş tutacaq
sosial

Iğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi mərasimi baş tutacaq

05-03-2025 16:00 31 Views
IMG

Azərbaycan və Türkiyənin energetika nazirləri Iğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi mərasimində iştirak etmək üçün Türkiyənin Iğdır şəhərində bir araya gəliblər.

 

Tvit.az xəbər verir ki, bu barədə "Haber Global" televiziya kanalı məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, öz növbəsində iki ölkə prezidentləri canlı bağlantı vasitəsilə Iğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasiminə qatılacaqlar.

 

Qeyd edək ki, Iğdır-Naxçıvan qaz boru kəmərinin Iğdırdan Naxçıvan Muxtar respublikasının Sədərək rayonuna qədər uzunluğu 97.5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17.5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündəlik 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın təbii qaza tələbatı tamamilə ödəniləcək.