Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Qarabağ" - "Kəpəz" oyununun məkanı DƏYİŞDİRİLDİ
sport

"Qarabağ" - "Kəpəz" oyununun məkanı DƏYİŞDİRİLDİ

19-02-2025 22:00 46 Views
IMG

Misli Premyer Liqasının XXVII turunda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan “Qarabağ” – “Kəpəz” oyununun yeri dəyişdirilib.

"Tvit.az" xəbər verir ki, AFFA tərəfindən martın 15-də Tovuzda Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcək.

Bu səbəbdən Peşəkar Futbol Liqasına müraciət edilib.

PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq XXVII turun “Qarabağ” – “Kəpəz” oyunu ilə XXXV turdakı “Kəpəz” – “Qarabağ” qarşılaşmasının yerlərində dəyişiklik edib.

Sözügedən matçın start fiti saat 17:00-da səslənəcək.