ABŞ Rusiyadan neft daşıyan tankerlərə qarşı sanksiyalarla bağlı açıqlama verərək tətbiq edilən məhdudiyyətlərin təfərrüatlarını açıqlayıb.
Tvit.az xəbər verir ki, bu barədə Hindistanın neft və qaz nazirinin müavini Pankaj Jain danışıb.
“ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi bir sıra açıqlamalar verib. Rəsmi olaraq aydınlaşdırdılar ki, fevralın 27-si [tankerlərin boşaldılması üçün] son tarixdir”, - Jain bildirib.
O əlavə edib ki, Hindistan Rusiya neftinin barrelinin 60 dollardan ucuz olacağı və sanksiyaya məruz qalmayan tankerlərlə çatdırılacağı təqdirdə onu almağa davam edəcək.
Aysel Şirinova