İsrail və Fələstinin HƏMAS hərəkatı arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılaşmanın icrasının ikinci mərhələsi anklavın bərpasını əhatə edəcək.
Tvit.az xəbər verir bu barədə Qətərin hökumət başçısı, xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani məlumat verib.