Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qətərin baş naziri HƏMAS və İsrail arasında razılaşmanın ikinci mərhələsi barədə danışıb
dünya

Qətərin baş naziri HƏMAS və İsrail arasında razılaşmanın ikinci mərhələsi barədə danışıb

21-01-2025 21:00 23 Baxış
IMG

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılaşmanın icrasının ikinci mərhələsi anklavın bərpasını əhatə edəcək.

Tvit.az xəbər verir bu barədə Qətərin hökumət başçısı, xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani məlumat verib.

"İkinci mərhələnin (Qəzza zolağının) yenidən qurulması ilə bağlı olması sazişə daxil edilib. Birinci mərhələ yalnız insanların təcili ehtiyaclarını ödəmək üçün xəstəxanaların, çörəkxanaların və əsas xidmətlərin bərpasına aiddir", - deyə o, Davosda Dünya İqtisadi Forumunun sessiyasında bildirib.

Aysel Şirinova