Almaniyanın cənub-qərbində yerləşən Bad Fridrixshall (Baden-Vürtemberq) şəhərində naməlum cinayətkar maşın-tikinti şirkətinin binasında atəş açıb. Nəticədə iki nəfər ölüb, daha bir nəfər ağır yaralanıb.
Əldə edilən ilkin məlumatlara əsasən, maskalı şəxs şirkətin binasına daxil olub və atəş açmağa başlayıb. Polis X-yə istinadən xəbər verir ki, cinayətkarın tutulması üçün əməliyyat keçirilir. Eyni zamanda hüquq-mühafizə orqanlarının məlumatına görə, əhali üçün təhlükə yoxdur. Əməliyyatda helikopter iştirak edir