Almaniyanın cənub-qərbində yerləşən Baden-Vürtemberq şəhərində maşın-tikinti şirkətinin binasına silahlı hücum olub. Nəticədə iki nəfər ölüb, daha bir nəfər ağır yaralanıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumatlara əsasən, maskalı şəxs şirkətin binasına daxil olub və atəş açmağa başlayıb. Cinayətkarın tutulması üçün əməliyyat keçirilir.
Eyni zamanda hüquq-mühafizə orqanlarının məlumatına görə, əhali üçün təhlükə yoxdur. Əməliyyatda helikopter iştirak edir.
Aysel Şirinova