Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ukrayna Avropa İttifaqının enerji komissarına müraciət etdi
dünya

Ukrayna Avropa İttifaqının enerji komissarına müraciət etdi

28-12-2024 23:00 145 Views
IMG

Ukrayna hakimiyyəti Slovakiyadan elektrik enerjisi tədarükünün mümkün şəkildə ləğv edilməsi ilə əlaqədar Avropa Enerji Komissarı, Avropa Enerji İctimai Birliyi və Avropa Transmissiya Sistemi Operatorlarının Elektrik Şəbəkəsinə müraciət edib.

Bunu "Telegram" kanalında Ukraynanın energetika naziri Herman Haluşçenko bəyan edib.

"Qaz tranzitinin dayandırılmasına cavab olaraq Ukraynaya elektrik enerjisinin verilməsini dayandırmaq niyyəti barədə Slovakiya rəhbərliyinin bəyanatlarına gəlincə, belə bir qərar Avropa qaydalarının kobud şəkildə pozulması olacaq".

Aysel