Ukrayna hakimiyyəti Slovakiyadan elektrik enerjisi tədarükünün mümkün şəkildə ləğv edilməsi ilə əlaqədar Avropa Enerji Komissarı, Avropa Enerji İctimai Birliyi və Avropa Transmissiya Sistemi Operatorlarının Elektrik Şəbəkəsinə müraciət edib.
Bunu "Telegram" kanalında Ukraynanın energetika naziri Herman Haluşçenko bəyan edib.
"Qaz tranzitinin dayandırılmasına cavab olaraq Ukraynaya elektrik enerjisinin verilməsini dayandırmaq niyyəti barədə Slovakiya rəhbərliyinin bəyanatlarına gəlincə, belə bir qərar Avropa qaydalarının kobud şəkildə pozulması olacaq".
Aysel