Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İtaliya prezidenti də Azərbaycana başsağlığı verdi
sosial

İtaliya prezidenti də Azərbaycana başsağlığı verdi

28-12-2024 19:00 134 Views
IMG

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

 

Tvit.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

 

“Zati-aliləri.

 

İtaliya Respublikası adından və şəxsən öz adımdan Sizə Milad günü baş vermiş çox ağır təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığımı bildirirəm.

 

Cənab Prezident, Sizinlə birlikdə dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, həlak olanların ailələrinin kədərini bölüşürəm”.