Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Həlak olan pilotlar və stüardessa II Fəxri xiyabanda dəfn olunacaq
sosial

Həlak olan pilotlar və stüardessa II Fəxri xiyabanda dəfn olunacaq

27-12-2024 12:00 125 Views
IMG

AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Knyankin, Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.

"Tvit.az" xəbər verir ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.