Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home sosial Təyyarə qəzasında xəsarət alan vətəndaşlarımız Azərbaycana yola salındı
sosial

Təyyarə qəzasında xəsarət alan vətəndaşlarımız Azərbaycana yola salındı

26-12-2024 17:00 19 Views
IMG

Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən vətəndaşımız dekabrın 26-da Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəmizə yola salınıb.

"Tvit.az" xəbər verir ki, onlar Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə yola düşüblər.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.