Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.
Cəbrayıl Rayon İcra Hakimiyyətindən Report-a verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 17 ailə - 84 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.
Bununla yanaşı, Bakı şəhərindən 23 ailə - 122 nəfər, Abşeron rayonundan 4 ailə - 21 nəfər, Şəki rayonundan 2 ailə - 10 nəfər, Sumqayıt şəhərindən 1 ailə - 6 nəfər, Saatlı rayonundan 1 ailə - 5 nəfər, Beyləqan rayonundan 1 ailə - 5 nəfər olmaqla 49 ailə - 253 nəfər Cəbrayıl şəhərinə yola salınıb.
Həmçinin qeyd olunub ki, bugünədək respublikamızın müxtəlif bölgələrində məskunlaşmış cəmi 287 ailə - 1 169 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.