Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Vəzifəsindən kənarlaşdırılan Cənubi Koreya prezidenti növbəti dəfə ifadə verməyə çağırıldı
dünya

Vəzifəsindən kənarlaşdırılan Cənubi Koreya prezidenti növbəti dəfə ifadə verməyə çağırıldı

20-12-2024 12:00 177 Views
IMG

Cənubi Koreya prezidenti vəzifəsindən uzaqlaşdırılan Yoon Suk Yeol dekabrın 3-də qısamüddətli hərbi vəziyyət elan edilməsi ilə bağlı aparılan istintaq çərçivəsində yenidən ifadə verməyə çağırılıb.


Tvit.az bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir.


Səlahiyyətlilər Yoona dekabrın 25-də yerli vaxtla səhər saat 10-da Seulun cənubundakı Qvaçeondakı CIO binasında dindirilmək üçün bildiriş göndərdilər. 


İstintaq qrupu Yoona qarşı üsyan və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarını araşdıracaq.


Elmin Alışov