Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница dünya Vəzifəsindən kənarlaşdırılan Cənubi Koreya prezidenti növbəti dəfə ifadə verməyə çağırıldı
dünya

Vəzifəsindən kənarlaşdırılan Cənubi Koreya prezidenti növbəti dəfə ifadə verməyə çağırıldı

20-12-2024 12:00 19 Просмотров
IMG

Cənubi Koreya prezidenti vəzifəsindən uzaqlaşdırılan Yoon Suk Yeol dekabrın 3-də qısamüddətli hərbi vəziyyət elan edilməsi ilə bağlı aparılan istintaq çərçivəsində yenidən ifadə verməyə çağırılıb.


Tvit.az bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir.


Səlahiyyətlilər Yoona dekabrın 25-də yerli vaxtla səhər saat 10-da Seulun cənubundakı Qvaçeondakı CIO binasında dindirilmək üçün bildiriş göndərdilər. 


İstintaq qrupu Yoona qarşı üsyan və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarını araşdıracaq.


Elmin Alışov