Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home dünya G7 liderləri Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasına çağırıb
dünya

G7 liderləri Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasına çağırıb

12-12-2024 17:00 26 Views
IMG

G7 ölkələri bütün müvafiq tərəfləri Suriyanın ərazi bütövlüyü və milli birliyini qorumağa, müstəqilliyinə və suverenliyinə hörmət etməyə çağırıb.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə G7 ölkələrinin liderləri birgə yazılı açıqlama verib.


“Əsəd rejiminin onilliklər ərzində törətdiyi vəhşiliklərdən sonra biz Suriya xalqının yanındayıq. Terrorizmi və zorakı ekstremizmin bütün formalarını pisləyirik. Suriyanın idarə olunmasında iştirak etmək istəyən hər kəsin hamının hüquqlarına sadiqliyini nümayiş etdirəcəyinə söz veririk”,- bəyanatda deyilir.


Elmin Alışov