G7 ölkələri bütün müvafiq tərəfləri Suriyanın ərazi bütövlüyü və milli birliyini qorumağa, müstəqilliyinə və suverenliyinə hörmət etməyə çağırıb.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə G7 ölkələrinin liderləri birgə yazılı açıqlama verib.
“Əsəd rejiminin onilliklər ərzində törətdiyi vəhşiliklərdən sonra biz Suriya xalqının yanındayıq. Terrorizmi və zorakı ekstremizmin bütün formalarını pisləyirik. Suriyanın idarə olunmasında iştirak etmək istəyən hər kəsin hamının hüquqlarına sadiqliyini nümayiş etdirəcəyinə söz veririk”,- bəyanatda deyilir.
Elmin Alışov