Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Yevlaxda avtomobil yük maşını ilə toqquşub, iki nəfər ölüb
turizm

Yevlaxda avtomobil yük maşını ilə toqquşub, iki nəfər ölüb

26-11-2026 10:00 49 Views
IMG

Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb.

 

Tvit.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

 

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

 

Qəza nəticəsində "Mercedes Vito"nun sürücüsü, 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində ölüb.

 

Avtomobildə olan digər sərnişin, 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov isə müxtəlif dərəcəli xəsarətlərlə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Həkimlərin səylərinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.