Bu gün Ağ Ev İranın Vaşinqtonda çirkli bomba partlatmaq və ya kimyəvi silahdan istifadə etmək planları hazırladığına dair xəbərlər fonunda ABŞ-yə qarşı hazırda heç bir etibarlı təhdidin olmadığını bildirib.
Tvit.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Loren Bass “Newsweek” jurnalına açıqlamasında deyib.
O, ABŞ-ın bütün potensial təhlükələri diqqətlə izlədiyini, lakin hazırda ölkənin təhlükəsizliyinə qarşı ciddi təhdidin mövcud olmadığını deyib.
Elmin Alışov