Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib.
"Tvit.az" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
"Milli dirçəliş ruhu ilə 38 il əvvəl müstəqilliyə doğru yürüşə başlayan və Qarabağda böyük Zəfər qazanan azərbaycanlı türk qardaşlarımızın Milli Dirçəliş Gününü təbrik edirik", - paylaşımda qeyd olunub.

