Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Xocavənddə daha 48 ailəyə evlərinin açarları təqdim olunub
sosial

Xocavənddə daha 48 ailəyə evlərinin açarları təqdim olunub

17-11-2026 14:00 51 Views
IMG

Bu gün Xocavənd şəhərinə və Quzeyxırman kəndinə çatan keçmiş məcburi köçkün ailələrə evlərinin açarları təqdim olunub.

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

 

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.