İran Bəhreyndə yerləşən ABŞ-yə məxsus radiolokasiya stansiyasına yenidən zərbə endirib.
Tvit.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, hücum ABŞ-yə məxsus pilotsuz uçuş aparatlarının İranın hava məkanını pozmasına cavab olaraq həyata keçirilib.
Qeyd edək ki, bazar günü İranın kütləvi informasiya vasitələrində sözügedən radiolokasiya stansiyasına əvvəlki hücumun görüntüləri yayılıb.