Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya NYT: İranın su bəndləri yeraltı raket bazalarının fəaliyyətinə xidmət edə bilər
dünya

NYT: İranın su bəndləri yeraltı raket bazalarının fəaliyyətinə xidmət edə bilər

17-11-2026 09:00 62 Views
IMG

“The New York Times” qəzeti su infrastrukturu obyektlərinin yerləşdiyi ərazilərlə ABŞ və İsrailin hava zərbələri endirdiyi hədəflər arasında coğrafi uyğunluqlar aşkar edən ekspertlərə istinadən İranın geniş bənd şəbəkəsi və suötürmə layihələrinin qismən yeraltı raket bazalarının fəaliyyətini dəstəkləmək məqsədilə inşa edilmiş ola biləcəyini yazıb.


Tvit.az xəbər verir ki, aydın mülki təyinatı olmayan bəzi infrastruktur layihələri İranın yeraltı hərbi obyektlərinin fəaliyyətini davam etdirməsinə imkan yarada bilər. 


Bununla belə, nəşr su layihələri ilə hərbi qurğular arasında əlaqənin mövcudluğunun hələlik təsdiqlənmədiyini və bu ehtimalın fərziyyə səviyyəsində qaldığı vurğulanıb.


Elmin Alışov