Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ukrayna və Türkiyə Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə edib
dünya

Ukrayna və Türkiyə Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə edib

12-11-2026 23:00 116 Views
IMG

Ukraynanın xarici işlər naziri Andrey Sibiga Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalınla görüşüb.


Tvit.az-ın xarici mediaya istinadla xəbərinə görə, görüş zamanı Sibiga həmsöhbətinə Ukraynadakı mövcud vəziyyət və ədalətli, davamlı sülhə nail olmaq istiqamətində görülən səylər barədə məlumat verib.

Tərəflər, həmçinin Qara dənizdə təhlükəsizlik məsələlərini və Ukrayna-Türkiyə əməkdaşlığının gələcək inkişafını müzakirə ediblər.

Sibiga Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə, eləcə də sülh səylərindəki mühüm roluna görə Türkiyəyə təşəkkür edib.

 

Aysel Şirinova