Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin (EPC) 9-cu sammiti çərçivəsində görüşüblər.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsi və mehriban qonşuluq münasibətləri vurğulanıb, regiondakı vəziyyət müzakirə olunub.
Tərəflər, həmçinin müxtəlif sahələrdə, o cümlədən çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın uğurlu inkişafını müzakirə ediblər.