Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Putin və Tramp Ukrayna məsələsini APEC sammitində müzakirə edəcəklər
dünya

Putin və Tramp Ukrayna məsələsini APEC sammitində müzakirə edəcəklər

12-11-2026 21:00 140 Views
IMG

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın görüşü Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində planlaşdırılır.

 

Bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

 

Görüşdə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunacaq.

Uşakov qeyd edib ki, görüş zamanı bu istiqamətdə müzakirələr davam etdiriləcək. Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Putin, Tramp və Çin Sədri Si Cinpin arasında üçtərəfli görüşə hazırlıq aparıldığını açıqlamışdı.