2026-cı ilin yanvar-oktyabr aylarında Gürcüstan 19,9 milyon dollar dəyərində 4,9 min ton dəfnə yarpağı ixrac edib.
Tvit.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 7%, dəyəri isə 5% artıb. Gürcüstanın dəfnə yarpağı ixrac etdiyi 18 ölkə arasında Çin və Rusiya əsas alıcılar olub.
Belə ki, ümumi ixracın 68%-i Çinin, 23%-i isə Rusiyanın payına düşüb.
Aysel Şirinova