Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabah Azərbaycanda 16 dərəcə isti olacaq
sosial

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

11-11-2026 13:00 32 Views
IMG

Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bu barədə Tvit.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 55-65 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 3-8° isti olacaq.