Rusiyada Kamçatkanın şərq sahillərində 4.5 bal gücündə zəlzələ baş verib.
Tvit.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmik Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 187000 insanın yaşadığı Petropavlovsk-Kamçatskinin 52 kilometr şimal-şərqində , ocağı isə 60 kilometr dərinlikdə yerləşib. Hadisə nəticəsində heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Elmin Alışov