ABŞ-ın ən böyük əyləncə şirkətlərindən biri olan Walt Disney, illik xərclərini 20 faiz azaltmaq üçün minlərlə işçisini işdən çıxarmağı planlaşdırır.
Tvit.az bu barədə “Blomberg” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, şirkət bəzi rəhbərlərindən illik xərcləri 20 faiz azaltmağı istəyib.
Mənbələr bu qənaətin böyük bir hissəsinin minlərlə insanın işdən çıxarılması hesabına əldə ediləcəyini bildiriblər.
Elmin Alışov