Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığı zamanı Ukrayna münaqişəsinin nizamlanması məsələlərini müzakirə edib.
Tvit.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər noyabrın birinci yarısında Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların bərpasına dair əldə olunan razılaşmanı alqışlayıblar.
Danışıqların əsas mövzularından biri hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi olacaq.
Putin Ukraynada uzunmüddətli sülhün yalnız Rusiyanın maraqları nəzərə alınmaqla mümkün olduğunu bildirib.
Tərəflər, həmçinin Baltik dənizi və Şimali Avropada təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Aysel Şirinova