Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Medvedev seçki prosesindəki çətinliklərdən danışdı
dünya

Medvedev seçki prosesindəki çətinliklərdən danışdı

26-10-2026 15:00 22 Views
IMG

Braziliya keçirilən son seçkilər zamanı öz seçki suverenliyini qorumaqda ciddi çətinliklərlə üzləşib.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

 

Medvedev qeyd edib ki, son bir il ərzində dünya əhalisinin əksəriyyətini təmsil edən ölkələrdə seçki proseslərinə xarici müdaxilə cəhdləri nəzərəçarpacaq dərəcədə artıb.

 

“Bu yaxınlarda Braziliyada da seçkilər keçirildi. Dövlətin seçki hüququ sahəsində öz suverenliyini qoruması baxımından bu, olduqca mürəkkəb proses idi”, – deyə Medvedev vurğulayıb.

O, həmçinin “seçki suverenliyi” anlayışına dəqiq tərif verilməsinin vacibliyini bildirib.