Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Əs-Sisi: Misirin hərbi dəstəyi Səudiyyə Ərəbistanının müdafiəsinə yönəlib
dünya

Əs-Sisi: Misirin hərbi dəstəyi Səudiyyə Ərəbistanının müdafiəsinə yönəlib

21-10-2026 22:00 20 Views
IMG

Misirin hərbi səyləri Səudiyyə Ərəbistanının ərazisinin müdafiəsi ilə məhdudlaşır və Yəmənə hücumları nəzərdə tutmur.

Bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi bildirib.

Onun sözlərinə görə, ərəb ölkələrinin milli təhlükəsizliyi bölünməzdir və Fars körfəzi ölkələrinin sabitliyi Misirin milli təhlükəsizliyi ilə birbaşa bağlıdır.

Əs-Sisi qeyd edib ki, Qahirə müraciət olunduğu təqdirdə istənilən digər ərəb ölkəsinin ərazisini müdafiə etməyə hazırdır. O, Misirin Körfəz ölkələrinə dəstəyinin ümumi ərəb milli təhlükəsizliyi konsepsiyasının təbii davamı olduğunu vurğulayıb.

Bununla yanaşı, Misir parlamenti əs-Sisiyə Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərmək səlahiyyətinin verilməsi ilə bağlı səsverməni oktyabrın 26-dək təxirə salıb.

 

 

Aysel Şirinova