Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
turizm

Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

05-10-2026 14:00 26 Views
IMG

Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Tvit.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

 

DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sentyabr ayının 30-da ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə, oktyabr ayının 2-də isə "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 1160 ədəd psixotrop tərkibli Pregabalin - 150 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

 

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.