Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qərb ölkələri təhlükəsizlik vəziyyəti pisləşəcəyi təqdirdə Kiyevdəki səfirliklərini köçürməyi planlaşdırır
dünya

Qərb ölkələri təhlükəsizlik vəziyyəti pisləşəcəyi təqdirdə Kiyevdəki səfirliklərini köçürməyi planlaşdırır

02-10-2026 22:00 13 Views
IMG

Qərb ölkələri Ukraynada təhlükəsizlik vəziyyətinin pisləşəcəyi təqdirdə Kiyevdəki səfirliklərini başqa ərazilərə köçürmək planı hazırlayır.

 

Bu barədə The Guardian məlumat yayıb.

Qəzetin məlumatına görə, diplomatik nümayəndəliklərin Lvova və ya Polşanın şərqinə köçürülməsi nəzərdən keçirilir.

“Vəziyyətin açıq şəkildə sürətlə pisləşdiyi”ni diplomatların birinin bildirdiyi qeyd olunur.

Xatırladaq ki, 2026-cı ilin mayında Rusiya Xarici İşlər Nazirliyi xarici ölkələri diplomatlarını təxliyə etməyə çağırmışdı. Buna baxmayaraq, diplomatik nümayəndəliklər Kiyevdə fəaliyyətlərini davam etdirib.