Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ər-Riyad husilərə qarşı hücuma hazırlaşır – Qırmızı dənizdə hərəkət bərpa ediləcək
dünya

Ər-Riyad husilərə qarşı hücuma hazırlaşır – Qırmızı dənizdə hərəkət bərpa ediləcək

02-10-2026 21:00 16 Views
IMG

Səudiyyə Ərəbistanı Babül-Məndəb boğazı yaxınlığındakı ərazilərə nəzarəti geri qaytarmaq və Qırmızı dənizdə gəmi hərəkətini bərpa etmək məqsədilə husilərə qarşı hərbi əməliyyata hazırlaşır.

 

Reuters-in regional və Qərb rəsmilərinə istinadən yaydığı məlumata görə, hücum yaxın həftələrdə başlaya bilər. Məlumata əsasən, qurudan döyüşlərdə əsas rolu Ər-Riyadın dəstəklədiyi Yəmən qüvvələri oynayacaq, Səudiyyə Ərəbistanı isə hava zərbələri endirəcək.

 

Əməliyyatın iki variantı nəzərdən keçirilir: boğaz ərazisində məhdud hərbi əməliyyatın keçirilməsi və ya bir neçə istiqamətdə genişmiqyaslı hücuma başlanılması.

Əməliyyatın miqyasından asılı olaraq 100 mindən çox Yəmən hərbçisinin prosesə cəlb edilə biləcəyi bildirilir.