Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
sosial

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30-09-2026 19:00 21 Views
IMG

Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Tvt.az a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Qəbələ, Hacıqabul, Salyan, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Culfa, Mingəçevir, Sabirabad, Şirvan, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.