Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
sosial

İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR

30-09-2026 16:00 19 Views
IMG

Sabahdan elektron pul köçürmələrlə bağlı yeni qayda qüvvəyə minir.

 

Tvit.az xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin cari il aprelin 21-də imzaladığı müvafiq qərara əsasən, elektron köçürülmə əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi müəyyənləşib.

 

Qərara əsasən, maliyyə institutlarının Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi 20 000 manat və ya ona ekvivalent xarici valyuta məbləği müəyyən edilib və müştərinin hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatına münasibətdə tətbiq ediləcək.

 

Öhdəlik daşıyan şəxslər bu Qərar qüvvəyə minənədək müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatların Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə 2027-ci il 31 dekabr tarixinədək təqdim olunmasını təmin etməlidirlər.