"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti Qarabağ iqtisadi rayonlarının avtobus parkı ilə bağlı satın alınma həyata keçirilib.
Tvit.az xəbər verir ki, "BakuBus" MMC Qarabağ iqtisadi rayonlarının avtobus parkı üçün 19 ədəd YUTONG markalı dizel mühərrikli avtobuslar satın alacaq.
Həmçinin Qarabağ iqtisadi rayonunun Ağdam şəhərində avtobus parkının əsaslı tikinti işlərinin satın alınması həyata keçiriləcək.
YUTONG markalı dizel mühərrikli avtobusların alınmasına 3 milyon 391 min 500 manat, Ağdam şəhərində avtobus parkının əsaslı tikinti işlərinin satın alınması üçün isə 14 milyon 669 min 433 manat xərclənməsi nəzərdə tutulub.