Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
sosial

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər

30-09-2026 11:00 10 Views
IMG

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 84 əcnəbini ölkədən deportasiya edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat verilib.

 

Bildirilib ki, müvafiq tədbirlərlə Hindistan, Misir, Türkiyə, Rusiya, Türkmənistan, Azərbaycan, Tailand, Livan, Özbəkistan, Belarus, Qana, İordaniya, Pakistan, Nigeriya, Filippin, Çin və digər dövlətlərin vətəndaşları ölkədən çıxarılıblar.

 

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

 

DİN-dən bildirilib ki, ölkədə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə intensiv rejimdə davam etdirilir. Ən son statistik məlumatlara əsasən, təkcə cari il ərzində Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən üç mindən çox şəxs artıq ölkədən çıxarılıb.