Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Özbəkistandan Rusiyaya əmək miqrantları üçün yeni təklif
dünya

Özbəkistandan Rusiyaya əmək miqrantları üçün yeni təklif

29-09-2026 23:00 15 Views
IMG

Özbəkistan Rusiyaya ölkə ərazisində əmək miqrantlarının işə qəbulu üzrə kompleks mərkəzin yaradılmasını təklif edib.

 

Tvit.az xəbər verir ki b barədə xarici media məlumat yayıb.

 

Mərkəzdə miqrantların Rusiyaya yola düşməzdən əvvəl testdən keçirilməsi, tibbi müayinəsi, biometrik məlumatlarının alınması və sənədlərinin yoxlanılması planlaşdırılır.

 

Məsələ Özbəkistanın Miqrasiya Agentliyinin rəhbəri Muxsinkhoja Abdurahmonov ilə Rusiyanın Özbəkistandakı səfiri Aleksey Yerxov arasında müzakirə olunub.

 

Həmçinin rus dili üzrə imtahanların birbaşa Özbəkistanın regionlarında keçirilməsi planlaşdırılır. Bildirilir ki, artıq dörd regionda bunun üçün lazımi infrastruktur hazırlanıb.

 

Aysel