Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
sport

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı

29-09-2026 13:00 14 Views
IMG

UEFA Millətlər Liqasının D Liqasında Azərbaycan və Lixtenşteyn yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

 

Tvit.az xəbər verir ki, 2-ci qrupun qarşılaşmasını Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

 

FIFA referisi Kristian Petru Çoçirkaya həmyerliləri Maksimilian Veys və Mihael Obritzberger kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Şəfəq Barmaksız yerinə yetirəcək.

 

VAR-da Manuel Şüttengruber, AVAR-da isə Aleksandr Harkam çalışacaq.

 

Qeyd edək ki, Azərbaycan - Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.