Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Messi bu tarixdə futboldan gedə bilər - İDDİA
dünya

Messi bu tarixdə futboldan gedə bilər - İDDİA

28-09-2026 09:00 28 Views
IMG

Dünya futbolunun əsas simalarından olan Lionel Messinin peşəkar karyerasını gözləniləndən daha tez yekunlaşdıra biləcəyi iddia olunur.

 

"Tvit.az" xəbər verir ki, bu barədə "Footy Headlines" portalı etibarlı və məxfi mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, argentinalı hücumçu 2026-cı ilin sonlarında futboldan tamamilə getməyi ciddi şəkildə nəzərdən keçirir. Dəqiq tarixlər hələ bəlli olmasa da, prosesin 2028-ci ildən  əvvəl baş tutacağı gözlənilir. Messinin "İnter Mayami" ilə müqaviləsi 2027–2028-ci illər mövsümünün sonuna qədər qüvvədə olsa da, ulduz futbolçunun meydanlarla vaxtından əvvəl vidalaşması məsələsi qapalı qapılar arxasında müzakirə olunur.

 

Həmçinin qeyd edilib ki, bu addım Messinin 2026-cı il Dünya Kubokundan sonra milli komandadan uzaqlaşmaq qərarının ardınca gəlir.

 

Qeyd edək ki, Argentina yığması ilə mümkün olan bütün böyük titulları qazanan hücumçu beynəlxalq karyerasını bağlayaraq diqqətini yalnız klub öhdəliklərinə yönəltmişdi. Daxil olan son məlumatlar isə onun 2026-cı il başa çatdıqdan sonra futbolla tamamilə vidalaşacağını göstərir.

 

Aysel Şirinova