Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Britaniyadan İrana xəbərdarlıq: Düşmənçilik fəaliyyətlərinə dözməyəcəyik
dünya

Britaniyadan İrana xəbərdarlıq: Düşmənçilik fəaliyyətlərinə dözməyəcəyik

25-09-2026 12:00 13 Views
IMG

Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə İranla əlaqəli qrupların Britaniya ərazisində həyata keçirdiyi hədə-qorxu, təhdid və ya düşmənçilik fəaliyyətlərinə dözməyəcəklərini bildirib.


Tvit.az bu barədə “Sky News”nəşrinə istinadən xəbər verir.


Məlumata görə, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda baş tutub. Lammi Britaniyanın İranla əlaqəli qruplardan qaynaqlanan təhdidlərə qarşı mübarizə aparmaq əzmində olduğunu vurğulayıb.


Tərəflər, habelə, Yaxın Şərqdə gedən müharibəni və Hörmüz boğazının açıq saxlanılmasının vacibliyini müzakirə ediblər. 


Elmin Alışov