Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Paşinyan: "Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"
sosial

Paşinyan: "Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"

25-09-2026 09:00 20 Views
IMG

"Ötən dövr ərzində Ermənistan-Rusiya əlaqələrinə təsir göstərən ən mühüm amil Azərbaycan və Ermənistan arasındakı münaqişə olub".

 

Tvit.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının iclasındakı çıxışı zamanı bildirib.

 

"Rusiya ilə əlaqələrimiz hazırda keçid mərhələsini yaşayır və bu, tamamilə təbii bir prosesdir. Çünki əvvəlki bütün dövrlərdə bu münasibətlərə təsir edən ən əsas detal Ermənistan-Azərbaycan münaqişəsi idi.

 

Azərbaycanla sülhə nail olduğumuz indiki vaxtda Ermənistan və Rusiya münasibətlərində təbii olaraq dəyişikliklər baş verəcək, biz bu əlaqələrin qarşılıqlı hörmət və dostluq prinsipləri üzərində inkişaf etməsini istəyirik", - deyə Ermənistan lideri qeyd edib.