Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Netanyahu “səhv forumda” “yaxşı çıxış” edib
dünya

Netanyahu “səhv forumda” “yaxşı çıxış” edib

24-09-2026 23:00 18 Views
IMG

Atlantik Şurasının Avrasiya Mərkəzinin baş elmi işçisi Ariel Koen İsrailin Baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışını dəyərləndirib.

 

Tvit.az xəbər verir ki, Koenin sözlərinə görə, Netanyahu “yaxşı nitq” söyləyən “güclü natiqdir”, lakin çıxışını “səhv forumda” edib.

 

Analitik “Əl-Cəzirə”yə açıqlamasında bildirib ki, Netanyahunun çıxışı İsraildə seçki mitinqində edilməli idi.

 

“Çünki o, məhz bu auditoriyaya müraciət edir. O, siyasi baxımdan yaşaması üçün İsrail auditoriyasına çatdırmalı olduğu məqamları ortaya qoyur”, – Koen qeyd edib.

 

Analitik həmçinin bildirib ki, Netanyahu beynəlxalq platformadan, o cümlədən ərəb ölkələrinə qarşı “təbliğat” aparmaq məqsədilə istifadə etməyib.

 

Aysel Şirinova