Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Avropa Birliyi Şurası Ukraynaya təxminən 3 milyard avro məbləğində ödənişi təsdiqləyib
dünya

Avropa Birliyi Şurası Ukraynaya təxminən 3 milyard avro məbləğində ödənişi təsdiqləyib

24-09-2026 14:00 19 Views
IMG

Avropa İttifaqı (Aİ) Şurası "Ukraine Facility" proqramı çərçivəsində Ukraynaya növbəti maliyyə paketinin ayrılmasına qərar verib.

 

 

Tvit.az-ın Aİ Şurasının mətbuat xidmətinə istinadla  məlumata görə, 50 milyard avroluq ümumi fonddan ayrılan növbəti – səkkizinci tranşın həcmi təxminən 3 milyard avro təşkil edir.

 

 Vəsaitin 800 milyon avroya yaxın hissəsi ilk dəfə olaraq Ukraynaya dəstək üçün nəzərdə tutulan kredit hesabından ayrılacaq.

 

Təsis edilən fondun əsas məqsədi Ukraynada makromaliyyə sabitliyini təmin etmək, dövlət idarəçiliyi ehtiyaclarını qarşılamaq və həyata keçirilən struktur islahatlarını dəstəkləməkdən ibarətdir.

 

Aysel Şirinova